...

Xaçmazda bir qrup idmançı və onların məşqçiləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2022 17:42 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir qrup idmançı və onların məşqçiləri ilə görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əlamətdar günlə əlaqədar idmançıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. İcra başçısı bildirib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına xüsusi önəm verən Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirir, idmanın inkişafı istiqamətində mühüm qərarlar qəbul edir.

Görüşdə qeyd olunub ki, ötən il Xaçmaz idmançıları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək 4 qızıl və 1 gümüş medal qazanıb. Respublika yarışlarında 100-ə yaxın xaçmazlı yeniyetmə və gənc müxtəlif əyyarlı medallar əldə edib.

İdmançılar və məşqçilər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda idman sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup idmançı və onların məşqçilərinə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti