Bakı. Humay Ağacanova - Trend:
Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib.
Trend-in məlumatına görə, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.
O bildirib ki, artıq Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.
Qeyd edək ki, Türkiyə Sağlamlıq Qurumları İdarəsi ilə Bakı Sağlamlıq Mərkəzi arasında “TURKOVAC” vaksinin kliniki sınaqlarının başlanmasına dair protokol imzalanıb.