...

Azərbaycanda vaksinlərin alınması üçün xərclənən pulun həcmi açıqlanıb

Cəmiyyət Materials 9 Mart 2022 15:13 (UTC +04:00)
Azərbaycanda vaksinlərin alınması üçün xərclənən pulun həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mabrizə tədbirləri üçün 800,8 milyon manat (o cümlədən dövlət büdcəsinin vəsaitindən 520,9 milyon manat, İcbari Tibbi Sığorta Fondunun vəsaitindən 279,9 milyon) manat istifadə olunub.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti