...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yenidən ən fəal dövlət orqanı seçilib

Cəmiyyət Materials 14 Mart 2022 17:16
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yenidən ən fəal dövlət orqanı seçilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 01 dekabr 2021-ci il – 04 mart 2022-ci il tarixləri üzrə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün “Ən fəal dövlət orqanı” kimi təltif olunub.

Bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sentyabr – dekabr tarixləri üzrə “Ən fəal dövlət orqanı” seçilmişdi.

Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Təşkilatlarının (ECSOFT) layihəsi çərçivəsində pilot olaraq icra edilir. Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və ya foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti