Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tam yeni ssenari əsasında hazırlanan “Novbahar” adlı uşaq tamaşası nümayiş etdirilmişdir.
Trend DTX-nin saytına istinadən xəbər verir ki, DTX-nin əməkdaşlarının və Vətən müharibəsi şəhidlərinin azyaşlı övladları üçün təşkil olunmuş bu musiqili tamaşada peşəkar aktyorlarla yanaşı, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Vətən” teatr studiyasının nümayəndələri də çıxış etmişlər.
Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanmış və onlara xoş təəssürat bağışlamışdır.