...

Elton Məmmədov AMEA-dakı işinə bərpa olunub

Cəmiyyət Materials 29 Mart 2022 17:27 (UTC +04:00)
Elton Məmmədov AMEA-dakı işinə bərpa olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədov öz vəzifəsinə bərpa olunub.

Bunu AMEA-nın mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Trend-ə bildirib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb və E. Məmmədov artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Elton Məmmədov ötən il vəzifəsindən azad ediliəndən AMEA-ya qarşı məhkəmə iddiası qaldırmışdı. Məhkəmə isə onun işə bərpa olunması ilə bağlı qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti