...

Kartofçuluq təsərrüfatlarında monitorinqlər aparılır

Cəmiyyət Materials 30 Mart 2022 17:00 (UTC +04:00)
Kartofçuluq təsərrüfatlarında monitorinqlər aparılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə ölkədə fitosanitar vəziyyətin araşdırılması, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin vaxtında aşkarlanaraq yayılmasının qarşısının alınması, ətraf mühitin qorunması məqsədilə əkin sahələrində (tarlalar, plantasiyalar, tingliklər, bağlar və istixanalarda və s.) ayrı-ayrı bitkiçilik məhsullarında monitorinqlər aparır.

Trend xəbər verir ki, ölkə üzrə aparılan monitorinqlərdən biri də bitkiçilik məhsulları sahəsində yüksək məhsuldarlıq və ixrac potensialına malik kartofçuluq təsərrüfatında keçirilib. Monitorinqin məqsədi kartofun qonur çürüməsi və xərçəngi, kartof yumrularında halqavari bakterial çürümə, qızılı kartof nematodu, kartof gövdə nematodu kimi kartof bitkisinin təhlükəli zərərli orqanizmlərinin ölkə ərazisində mövcudluğunu müəyyən etmək və aşkarlandığı təqdirdə, yayılmasının qarşısını almaq üçün müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.

Ümumilikdə, indiyə qədər 325 kartofçuluq təsərrüfatında monitorinq aparılıb və 398 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində 25 təsərrüfatda uyğunsuzluq aşkar olunub. Hazırda kartofçuluq təsərrüfatlarında monitorinqlərin aparılması prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti