...

1-ci Beynəlxalq Debat Çempionatının növbəti mərhələsi Kazanda keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2022 14:37 (UTC +04:00)

Bakı. Trend:

2022 Dünən Kazan şəhərində Tatarıstan aparıcı gənclər təşlilatı olan “Selet” və İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) birgə təşkilatçılığı İƏGF-ARM-nin 1-ci Beynəlxalq Debat Çempionatının növbəti mərhələsinin bağlanış mərasimi baş tutub.

Qeyd etmək lazımdır ki, İƏT məkanında gənclərin intellektual səviyyəsinin və liderlik bacarıqlarının artırılması məqsədi daşıyan bu beynəlxalq layihə ilk olaraq ölkələr üzrə milli mərhələdə keçirilir, daha sonra hər ölkədən qalib olmuş komandaların iştirakı ilə beynəlxalq yarış baş tutur. İƏGF-ARM-nin təşəbbüsü ilə bu layihə milli səviyyədə ilk dəfə bu ilin fevral ayında Azərbaycanda keçirilib. Azərbaycanda qazanılmış təcrübə əsasında növbəti aylarda bu yarışlar digər ölkələrdə də İƏGF ARM tərəfindən təşkil olunması qərara alınıb.

İki gün ərzində onlayn və auditoriya formatında davam edən debat çempionatı çərçivəsində qlobal iqlim dəyişikliyi, gənclər arasında işsizliyin aradan qaldırılmasında beynəlxalq təşkilatların rolu, investisiya layihələrində ekoloji faktorların vacibliyi, biliklərin əldə edilməsində distant təhsilin rolu və başqa aktual xarakterli mövzular ətrafında müzakirələr keçirilib.

Tədbirin bağlanış mərasimində onlayn fotmatda İƏGF-ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanovun adından Səid Omanov və “Selet” Gənclər Təşkilatının sədri Aygül Qabddrəhmanova iştirakçıları salamlayaraq, İƏT-Rusiya Federasiyası dialoqu çərçivəsində bu tipli tədbirlərin gənclərin liderlik bacarıqlarının inkişafında, yaradıcı ideya və təkliflərin uğurlu mübadiləsində oynadığı rolu xüsusi vurğulayıblar. Çıxışlarda həmçinin son illərdə İƏGF-ARM və “Selet” arasında əməkdaşlığın intensiv xarakter alması müsbət hal kimi qiymətləndirilib.

Debat Çempionatının sonunda xüsusi bacarığı ilə fərqlənən qaliblər sertifikat və mükafatlarla təltif olunublar.

Qeyd etmək lazımdır ki, 2022-ci il üçün yarışlara yalnız Azərbaycan, Mərkəzi Asiya respublikaları və Avrasiya regionu hesab olunan bir sıra ölkələr qatılacaq. Sonrakı illərdə yarışın arealının artırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti