...

"Turkovac" buster doza kimi istifadə üçün nəzərdə tutulub - Teymur Musayev

Cəmiyyət Materials 9 Aprel 2022 10:13 (UTC +04:00)
"Turkovac" buster doza kimi istifadə üçün nəzərdə tutulub - Teymur Musayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Turkovac" vaksininin 3-cü faza sınaqları sırf buster doza kimi istifadə üçün nəzərdə tutulub. Təbii ki, uğurlu olandan sonra o da bizim vətəndaşlarımıza seçim kimi təqdim olunacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki, hazırda Türkiyənin koronavirusa qarşı vaksini olan "Turkovac"ın Azərbaycanda 3-cü faza sınaqları keçirilir.

“Əldə olunan sazişə əsasən sınaqlar Bakı Sağlamlıq Mərkəzində baş tutur. Könüllü olmaq üçün müraciət edənlər var. Ümumi nəticələr əldə olunduqdan sonra Türkiyə tərəfinə təqdim olunacaq. Ondan sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

Nazir bildirib ki, Azərbaycan pandemiya dövründə vaksinasiya kampaniyasına ilk başlayan ölkələrdən biridir.

“Həm Azərbaycan vətəndaşları, həm də ölkəmizdə daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların bütün platformalarda hazırlanmış vaksinlərə əlçatanlığı təmin edilib. İstər inaktivləşdirilmiş platformadan olan "Coronovac", istər mRnt "Pfizer", istərsə də vektor platforması üzrə "Astra Zeneca" və "Sputnik"in istifadəsi uğurla həyata keçirilib”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti