...

Ombudsman Aparatının nümayəndələri valideyn himayəsindən məhrum uşaqlarla görüşüblər

Cəmiyyət Materials 18 Aprel 2022 11:30 (UTC +04:00)

Bakı. Trend:

Ombudsman Aparatının nümayəndələri “Ümid Yeri” Uşaq Sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüblər.

Qurumdan Trend-ə verilən məlumata görə, uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Ombudsmanın Milli Preventiv Qrupunun üzvü, psixoloq Ülkər Həsənova uşaqlarla söhbət edərək, onların vəziyyəti ilə maraqlanıblar. Görüş zamanı uşaqların fərdi-psixoloji xüsusiyyətləri qiymətləndirilib, onlara psixoloji yardım göstərilib və hüquqları izah edilib.

Müəssisə rəhbəri ilə uşaqların təhsil, qəyyumluq məsələsi və hüquqlarının təmini ilə bağlı vəziyyət müzakirə olunub, bu istiqamətdə zəruri tədbirlərin davam etdiriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti