...

Bərdədə məktəb binası uçub (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2022 13:54 (UTC +04:00)
Bərdədə məktəb binası uçub (FOTO)

Bərdə. Trend:

Bərdə rayonunda məktəb binasında uçqun olub.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Mehdili kənd orta məktəbində qeydə alınıb.

Hadisə dərs zamanı baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bu, məktəb binasında ikinci belə hadisədir.

Qeyd edək ki, məktəbin binası ötən ilin oktyabr ayında da uçmuşdu.

Xəbər lenti

Xəbər lenti