...

Mənzilin köhnə mülkiyyətçisi qazla bağlı yaranan borca görə məsuliyyət daşıyır?

Cəmiyyət Materials 26 Aprel 2022 13:00 (UTC +04:00)
Mənzilin köhnə mülkiyyətçisi qazla bağlı yaranan borca görə məsuliyyət daşıyır?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Məlum olduğu kimi kommunal sahədə mütəmadi rastlaşdığımız məsələlərdən biri hər hansı bir mənzilin köhnə mülkiyyətçisinin qaz təchizatı ilə bağlı yaranmış borclarıdır. Bu cür hallarla mütəmadi olaraq yeni mənzil sahibləri üzləşir və bu da onlarda haqlı narazılığa gətirib çıxarır. Bəs sözügedən məsələ ilə bağlı mövcud qanunvericilikdə tələblər nədən ibarətdir?

Bununla bağlı hüquqşünas Arif NəzərovTrend-in sualını cavablandırıb.

Hüquqşünas bildirib ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə uyğun olaraq, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər.

O bildirib ki, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bu baxımdan, mənzilin alğı-satqısı müqaviləsində kommunal, o cümlədən qaz təchizatına dair borların satıcı tərəfindən ödənilməsinə dair müddəaların nəzərdə tutulması vacibdir.

Yekun olaraq hüquqşünas bildirib ki, mənzilin köhnə mülkiyyətçisinin qaz təchizatı ilə bağlı yaranmış borcunun mülki qanunvericiliyin tələbləri nəzərə alınmaqla məhkəmə qaydasında tələb edilməsi mümükündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti