Bakı. Trend:
Bakıda qazi adı ilə hərbi forma geyinib dilənən şəxs bir neçə dəfə məhkum edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Polis mayoru bildirib ki, əməlləri ifşa edilən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.