...

Rekord sayda britaniyalı qiymət artımı səbəbindən ölkəni tərk etmək niyyətindədir

Cəmiyyət Materials 7 May 2022 01:02 (UTC +04:00)
Rekord sayda britaniyalı qiymət artımı səbəbindən ölkəni tərk etmək niyyətindədir

Bakı. Trend:

Rekord sayda britaniyalı qiymət artımı səbəbindən ölkəni tərk etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazır.

Qeyd olunur ki, aprel ayında Google-da “xaricə getmək” açar sözü ilə axtarış edən britaniyalıların sayı 1000% artıb. Vətəndaşlar arasında ən populyar istiqamətlər ABŞ, Kanada və Avstraliyadır.

"Miqrasiya üzrə mütəxəssis Reiss Edwards tərəfindən aparılan araşdırma, aprel ayında Avstraliya viza müraciətlərinin 670 faiz artdığını göstərib", - məqalədə bildirilir.

Nəşr vurğulayır ki, hər il 400.000-dən çox insan Böyük Britaniyadan miqrasiya edir, onlardan 20.000-i daimi yaşamaq üçün ABŞ-a köçməyi üstün tutur. İndi bu rəqəm yüksək inflyasiyaya görə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti