...

Üç yeni qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub

Cəmiyyət Materials 19 May 2022 16:33 (UTC +04:00)
Üç yeni qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Komitə sədri bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 3 məsələ - “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələri 20 oktyabr 2020-ci il tarixli “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Ə.Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sənədin işlənməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. O, bildirib ki, artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb. Komitə sədri bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.

Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti