...

Tələbə krediti üçün müraciətlərin qəbulu bu gün yekunlaşır

Cəmiyyət Materials 31 May 2022 10:32 (UTC +04:00)
Tələbə krediti üçün müraciətlərin qəbulu bu gün yekunlaşır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

31 may saat 00:00-da yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər.

Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti