...

Azərbaycanın ABŞ-dakı səfiri Pensilvaniya ştatına səfər edib (FOTO)

Cəmiyyət Materials 31 May 2022 22:04 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Pensilvaniya ştatına səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-ın Pennslvania ştatında səfərdə olub.

Səfirlikdən Trend-ə bildirilib ki, səfər çərçivəsində ştatının neft tarixi ilə zəngin Venanqo bölgəsində “Drake Well” muzeyini ziyarət etmiş, muzeyin kuratoru Sui Bites muzeylə bağlı ətraflı məlumat verib. Daha sonra səfir muzeyin qarşısında Azərbaycanla bağlı təqdimat etmişdir. Təqdimat zamanı yerli icma nümayəndələri ilə yanaşı Oil City şəhərinin meri Bill Mun, Titusvil şəhərinin meri Con Krouç, Venanqo bölgəsinin komissarları Səm Briin və Mayk Dulani, o cümlədən ABŞ Konqresmeni Qlen Tompsonun ofisinin nümayəndələri iştirak ediblər.

Səfir təqdimat zamanı Azərbaycanla neftlə bağlı ortaq dəyərləri bölüşən Pensilvaniyanın neftlə zəngin bölgəsinə gəlməkdən məmnunluq duyduğunu ifadə etmiş və ölkəmizin neft tarixi və sənayesi barəsində məlumat vermişdir. O, Azərbaycanda ilk neftin ABŞ-ın Titusvil ərazisindəki Dreyk bölgəsində çıxarılan ilk neftdən tam 13 il əvvəl, 1846-cı ildə-cı ildə çıxarıldığını xüsusi qeyd etmişdir. Çıxışı zamanı o, ölkəmizdə neft resurslarından iqtisadiyyatın diversifikasiyası üçün istifadə olunduğunu, “qara qızılın insan kapitalına çevrilməsinə ”xüsusi diqqət yetirildiyini bildirib.

Səfər çərçivəsində səfir oil City şəhərinin 60-dan çox ali məktəb tələbəsinin iştirak etdiyi görüşə qatılmış, onların çoxsaylı suallarını cavablandırıb.

Daha sonra Oil City şəhərində ABŞ-ın neft tarixində xüsusi əhəmiyyət kəsb edən “Transit”və “Mellon Bank” binalarına baxış keçirilmiş, yerli tariçilər onlar barəsində ətraflı məlumat verib.

Səfər zamanı səfir mətbuat nümayəndələri üçün brifinq keçirmiş və bununla bağlı ABŞ mətbuatında çoxsaylı məqalələr dərc edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti