...

“Turkovac” vaksini Azərbaycanda da istehsal edilə bilər -TÜSEB (ÖZƏL)

Cəmiyyət Materials 3 İyun 2022 09:32 (UTC +04:00)
“Turkovac” vaksini Azərbaycanda da istehsal edilə bilər -TÜSEB (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Turkovac” vaksini Azərbaycanda da istehsal edilə bilər.

Bunu Trend-ə özəl açıqlamasında Türk Sağlamlıq İnstitutlarının (TÜSEB) layihə idarə edilməsi və dəstəyi rəhbəri Batuhan Yeşilyurt deyib.

O qeyd edib ki, hazırda əməkdaşlıq çərçivəsində "Turkovac" peyvəndininin Azərbaycanda sınaqları keçirilir.

“Hazırda istəyən hər kəs Bakı Sağlamlıq Mərkəzinə gedərək 3-cü doza kimi “Turkovac” peyvəndi istifadə edə bilər. Təbii ki, bu sadəcə bir sınaqdır. Türkiyədə hazırda bu peyvənddən istifadə edilir. Azərbaycanda isə 300 könüllü üzərində sınaq keçirilir. 300 insan üzərində sınaq tamamlandıqdan sonra artıq yenidən bir pandemiya ilə üzləşsək, bu peyvənddən istifadə edə bilərik. Pandemiyanın tədricən azaldığı müşahidə olunur. Lakin unutmamalıyıq ki, bəşəriyyət bir neçə dəfə pandemiya şəraiti ilə üzləşib. Bu hal təkrarlana bilər. Azərbaycan xalqı bilməlidir ki, bu kimi hallara qarşı artıq Türkiyə peyvəndi də mövcuddur və onlar bu peyvənddən istifadə edə bilər. Gələcək illərdə də dərman preparatları, tibbi təchizatlar Azərbaycanla paylaşıla bilər”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə istehsalı olan vaksin ötən il dekabrın sonlarında Türkiyə ərazisində istifadə olunmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti