Bakı. Trend:
Magistratura səviyyəsi üzrə xaricdə təhsil dövlət proqramında “Yüksəliş müsabiqəsi”nin qalibləri üçün də xüsusi imtiyazlar yaradılıb.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.
O qeyd edib ki "Yüksəliş" müsabiqəsinin qalibi olan bakalavr ve magistr üzrə müraciət edən namizədlər də müsahibə mərhələsindən azad olunacaqlar.