Bakı. Trend:
Nazirlər Kabineti “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Trend xəbər verir ki, dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyi Polis Akademiyasının professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin edəcək.