...

Azərbaycanda son sutkada koronavirusa yoluxan olmayıb

Cəmiyyət Materials 13 İyun 2022 16:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 094 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 75 nəfərdir.

Ölkədə son sutka ərzində 1 150, hazırkı dövrədək isə 6 924 498 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti