...

Gimnastımız İsraildə keçirilən Avropa çempionatında bürünc medal qazanıb (FOTO)

Cəmiyyət Materials 16 İyun 2022 23:46 (UTC +04:00)
Gimnastımız İsraildə keçirilən Avropa çempionatında bürünc medal qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan gimnastı Kamilla Qafarova İsrailin Təl-Əviv şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Trend xəbər verir ki, yeniyetmələr arasında final yarışının nəticələrinə görə, Kamilla Qafarova gürzlər proqramı üzrə üçüncü yeri (28.550 xal), halqa ilə hərəkətdə isə altıncı yeri (29.000 xal) tutub. Alina Məmmədova topla hərəkətdə altıncı (29.050 xal), Mədinə Dəmirova isə lentlə hərəkətdə yeddinci (26.250 xal) olub.

Böyüklər arasında təsnifatın nəticələrinə əsasən, azərbaycanlı idmançı Zöhrə Ağamirova topla hərəkətdə 32.050 xalla 5-ci yeri tutaraq finala yüksəlib.

Halqa ilə proqramda hakimlər tərəfindən 31,150 xal alaraq Ağamirova 13-cü yeri tutub. Arzu Cəlilova topla proqramda 13-cü (31.250 xal), halqa ilə hərəkətdə isə 38-ci yeri (26.900 xal) tutub.

Qeyd edək ki, 15-19 iyun tarixlərində Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa çempionatı keçirilir. Yarışda Azərbaycanı fərdi proqramda çıxış edən gimnastlar - böyüklər yaş kateqoriyasında Zöhrə Ağamirova və Arzu Cəlilova, yeniyetmələr arasında Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova, həmçinin qrup hərəkətlərində komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti