Bakı. Trend:
Gəncədə Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə abidə ucaldılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Twitter" səhifəsində paylaşım edib.
"1918-ci il iyunun 11-də Gəncədə həlak olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin təşəbbüsü ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb. Gəncədəki Baş konsulumuzla birgə açılışdan qabaq abidəyə baş çəkdik", - paylaşımda deyilir.