...

Bakıda və Hacıqabulda suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 30 İyun 2022 09:50 (UTC +04:00)
Bakıda və Hacıqabulda suyun verilməsində məhdudiyyətlər olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.

Trend xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Məlumatda deyilir ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti