...

bp-dən psixoloqlar üçün vacib kitab

Cəmiyyət Materials 1 İyul 2022 14:36 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Məktəb psixoloqunun stolüstü kitabı"nın nəşri və sözügedən mövzu məktəblərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi və fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusi aktualdır.

Trend xəbər verir ki, bu barədə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbeyli "Məktəb psixoloqunun stolüstü kitabı" nəşrinin təqdimatı zamanı bildirib.

Bu gün bp şirkəti məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmaları üçün onların stolüstü kitabı olacaq 368 səhifəlik bir vəsaitin təqdimatını keçirib. Kitab geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodları və yanaşmalarının praktiki tətbiqini əhatə edən bir mənbədir.

Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib. Layihənin əsas məqsədi məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir.

Kitaba daxil edilmiş geniş əhatəli mövzuların hər biri həmin sahənin mütəxəssisi olan yerli ekspert – ümumilikdə doqquz müəllif, tərəfindən toplanmış və hazırlanmışdır. Müvafiq fənlər üzrə ixtisaslaşan universitet tələbələri, habelə məktəblilərin valideynləri də kitabdan istifadə edə bilərlər.

Bu gün bp şirkətinin təşkil etdiyi təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycanda ilk dəfədir ki, məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi bu həcmdə və bu əhatədə vəsait nəşr olunur.

Onun sözlərinə görə, bu layihəni xüsusi olaraq elə hazırlamışıq ki, ondan uşaq psixologiyası ilə məşğul olan hər kəs faydalana bilsin.

"Sözügedən mövzu məktəblərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi və fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusilə aktualdır. Kitabı hazırlayarkən biz onun məktəb psixoloqlarının və valideynlərin əsas istinad mənbəyi olmasını təmin edəcək bütün sahələri və mövzuları əhatə etməsi üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə sıx əməkdaşlıq etmişik", -deyə o qeyd edib.

Qeyd edək ki, layihənin müddəti yeddi ay, ümumi dəyəri isə təxminən 54000 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti