Bakı. Trend:
Qurban bayramı ilə əlaqədar 400 dən çox AQTA əməkdaşı bayramı günlərində kəsim və satış məntəqələrinə cəlb ediləcək.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva deyib.
O bildirib ki, Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən dezinfeksiya işlərinin vaxtında həyata keçirilməsi, tullantıların daşınmasına nəzarət həyata keçiriləcək.
"Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı hallarına rast gəldikdə, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə müraciət etməsi xahiş olunur",-A. Fərziyeva bildirib.