...

Sabah 42 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 11 İyul 2022 12:00 (UTC +04:00)
Sabah 42 dərəcəyədək isti olacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti