...

Bağçalarda işləmək üçün sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 9 Avqust 2022 11:33 (UTC +04:00)
Bağçalarda işləmək üçün sənəd qəbulu başa çatıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçiblər.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak ediblər.

Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti