...

Dağılmaq üzrə olan tarixi hamam dövlət qeydiyyatında deyil - Dövlət Xidməti

Cəmiyyət Materials 9 Avqust 2022 14:25 (UTC +04:00)
Dağılmaq üzrə olan tarixi hamam dövlət qeydiyyatında deyil - Dövlət Xidməti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu Goradil bağ massivlərində yerləşən tarixi hamam Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunan abidələrin siyahısına daxil edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, həmin abidə Nazirlər Kabinetinin müvafiq saylı qərarına uyğun olaraq dövlət reyesteri siyahısına daxil deyil.

"Ümumiyyətlə xidmət tərəfindən abidə mühafizəçiləri istər reyestrə daxil olan, istərsə də yeni aşkar olunan abidələrə ümumi mühafizə tədbirlərini bütün hallarda eyni qaydada həyata keçirirlər. Hər hansı bir abidənin təmir - bərpası üçün ilkin qaydada həmin abidənin dövlət qeydiyyatına daxil edilməsi şərtdir. Daha sonra isə investisiya siyahısına əhəmiyyətlilik dərəcəsinə görə daxil edilir", - deyə qeyd edilib.

Qeyd edək ki, tamamilə dağılmaq üzrə olan tikilinin yerləşdiyi ərazi dörd bir tərəfdən hasara alınıb, ərazinin özəlləşdirildiyi deyilir.

Təxminən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid olan hamamın adı bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti