...

Kamran Əliyev Oğuzda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2022 17:04 (UTC +04:00)
Kamran Əliyev Oğuzda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Avqustun 9-da Baş prokuror Kamran Əliyev Oğuz rayon prokurorluğunun inzibati binasında Oğuz, Şəki və Qəbələ rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 19 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Şəki və Qəbələ rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti