Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1766 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1 116, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 834 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 226, üç və daha çox doza vaksin vurduranların sayı 3 349 143, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 573 təşkil edir.