...

Türkiyədə V İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Günü keçirilir

Cəmiyyət Materials 11 Avqust 2022 23:33 (UTC +04:00)
Türkiyədə V İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Günü keçirilir

Konya.Trend:

Türkiyədə V İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Günü keçirilir.

Trend-in cümə axşamı verdiyi məlumata görə, tədbirin məqsədi Azərbaycanın milli mədəniyyətini, musiqisini, rəqslərini, adət və ənənələrini təbliğ etməkdir.

V İslam Həmrəyliyi Oyunlarında iştirak edən xarici idmançılar tədbirə böyük maraq göstərir və fəal iştirak edirlər.

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Gününün açılış mərasimində bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar uzun fasilədən sonra nəhayət ki, V İslam Həmrəyliyi Oyunlarını burada, qardaş Türkiyədə tarixi Konya şəhərində keçirilir.

"Azərbaycanın 282 idmançıdan ibarət ən böyük xarici nümayəndə heyəti var. Onların arasında olimpiya çempionları, dünya çempionları və öz potensialını bütün dünyaya göstərmək istəyən gənc idmançılar var. Mən də təşkilatçılıq, qonaqpərvərliyə görə Türkiyədən olan əziz qardaşlarımıza təşəkkür etmək istəyirəm, özümüzü evdəki kimi hiss edirik”, - deyə A.Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti