...

Bu il 38 min 900 şəxsə əlillik təyin edilib

Cəmiyyət Materials 13 Avqust 2022 12:50 (UTC +04:00)
Bu il 38 min 900 şəxsə əlillik təyin edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 12 min 200-ü ilkin, 26 min 700 nəfəri isə təkrar əlillik təyinatı aparılanlardır.

Həmçinin müvafiq dövr ərzində 23 min 900 şəxsə reabilitasiya xidməti göstərilib, 8 min 79 şəxsə 35 min 400 reabilitasiya vasitəsi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti