...

Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır

Cəmiyyət Materials 16 Avqust 2022 11:31 (UTC +04:00)
Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünya narkotacirlərinin marşurutunda yerləşəən ölkələrdən bidiridr. Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır.

Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, DSX tərəfindən ictimaiyyətə zaman-zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən sərhəd naryadlarına silahın tətbiq olunmasına dair faktlar çatdırılır.

General-leytenant bildirib ki, torpaqlarımız işğal altında olan zaman Cəbral rayonu istiqamətindəki dövlət sərhədindən narkotik vasitələrin daşınması işlərindən aktiv şəkildə istifadə olunurdu: “Ancaq ərazilərimizi işğaldan azad etdikdən sonra biz bu istiqamətdə çox böyük işlər görmüşük. Ancaq buna baxmayaraq bu qüvvələr oradan yenə istifadə etmək niyyətindədirlər. Hazırda həmin ərazilərdə dövlət sərhədinin mühafizəsi ən yükəsk səviyyədə təşkil olunur. Bu gün sərhədçilərimiz vətənimizin keşiyində ayıq-sayıq dayanırlar. Onlar istənilən qəsdə qətiyyətlə cavab verməyə hazırdılar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti