...

Azərbaycanda 201 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 22 Sentyabr 2022 16:32 (UTC +04:00)
Azərbaycanda 201 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, 9 900 nəfər vəfat edib, aktiv xəstə sayı 1 418 nəfərdir.

Ölkədə son sutka ərzində 3 084, hazırkı dövrədək isə 7 228 614 test aparılıb.

Xəbər lenti

Xəbər lenti