...

Ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub

Cəmiyyət Materials 28 Sentyabr 2022 17:53 (UTC +04:00)
Ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

"Əkinçi -10 2021" MMC tərəfindən Gürcüstan Respublikasında fəaliyyət göstərən "LIMA" şirkətindən və Rusiya Federasiyasında fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (fitopatogen bakteriyalar: Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub.

Aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti