...

Araz Əlizadə vəfat edib

Cəmiyyət Materials 6 Oktyabr 2022 11:59 (UTC +04:00)
Araz Əlizadə vəfat edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, keçmiş millət vəkili Araz Əlizadə vəfat edib.

Trend-in məlumatına görə, ankoloji xəstəlikdən əziyyət çəkən Araz Əlizadə ötən gün 70 yaşında dünyasını dəyişib.

Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib. 2015-ci ildə keçirilən parlament seçkilərində deputat seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti