...

Jurnalistlər MEDİA-nın müvafiq vəsiqəsini almadan da maneəsiz fəaliyyət göstərə biləcəklər - Müşfiq Ələsgərli

Cəmiyyət Materials 11 Oktyabr 2022 17:20 (UTC +04:00)
Jurnalistlər MEDİA-nın müvafiq vəsiqəsini almadan da maneəsiz fəaliyyət göstərə biləcəklər - Müşfiq Ələsgərli
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Media reyestrinin tətbiq olunması və müavfiq vəsiqələrin verilməsi jurnalist işinin asanlaşdırılması üçün atılmış növbəti addımdır. Jurnalistlər Medianın İnkişafı Agentliyinin (MEDİA) müvafiq vəsiqəsini almadan da maneəsiz fəaliyyət göstərə biləcəklər.

Bu barədə Trend-in suallarını cavablayarkən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, jurnalist vəsiqələrinin hazırlanma və təqdim edilməsi ölkədə media reyestrinin tətbiq edilməsi ilə bağlı prosesin davamı və onun tamamlanmasıdır: "Ölkəmizdə media reyesterinin yaradılması barədə həm qanun tələbi, həm də Prezident İlham Əliyevin müvafiq fərmanı var. Bu baxımdan, ölkədə media reyestrinə düşən KİV subyektlərinə arayışlar, reyesterdə qeydə alınan jurnalistlərə isə jurnalist vəsiqəsi veriləcək. Bu, tamamilə könüllü xarakter daşıyır. Jurnalistlər öz ərizəsi ilə müraciət edərlərək reyestrə daxil ola biləcək. Bir şərtlə ki, onlar reyestrə düşmək barədə meyarlara cavab versinlər. Burada tətbiq olunan meyarlar əslində peşəkarlıq meyarlarıdır. Reyestrə düşmək jurnalist işinin asalandırılmasına xidmət edir".

Ekspert qeyd edib ki, sözügedən jurnalist vəsiqəsi jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsə dair məlumatların həqiqətən reyestrə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və peşəkarlıq meyarı olaraq çıxış etmir.

"Jurnalist vəsiqəsi beynəlxalq standartlar əsasında hazırlanıb və üzərində QR kodlar mövcuddur. O QR kodu oxutmaqla media reyestrinin baza məlumatlarına yönəlmək mümkün olacaq ki, bu da jurnalist haqqında informasiyaların tez bir zamanda görünməsinə şərait yaradacaq. Burada diqqətçəkən əsas məsələ odur ki, ölkədə artıq bununla yalnız redaksiyalarda, ştatda çalışan jurnalistlərin deyil, həm də ölkə tarixində ilk dəfə olaraq sərbəst çalışan jurnalistlərin hüquqları da tanınmış olur. Çünki bu vəsiqələr media reyesterinə düşmüş, təkcə əmək müqavilələri ilə deyil, xidmət müqavilələri ilə çalışan jurnalistlərə də şamil olunur. Media reyesterinə düşməyən jurnalistlərin faəliyyəti üçün hər hansı bir maneə olmayacaq. Media reyestrinin tətbiq olunması, vəsiqələrin verilməsi jurnalist işini asanlaşdırılması üçün atılmış növbəti addımdır", - deyə M.Ələsgərli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti