...

Bakıda kəsiləcək xəstə və quru ağacların siyahısı hazırlanır

Cəmiyyət Materials 14 Oktyabr 2022 11:54 (UTC +04:00)
Bakıda kəsiləcək xəstə və quru ağacların siyahısı hazırlanır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Şaiq Vəliyev bildirib.

Onun sözlərinə görə, aidiyyəti qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb.

“Bununla bağlı xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır və mərhələli şəkildə bu işlər tərəfimizdən həyata keçirilir. Utilizasiya edilən ağacların yeri dezinfeksiya edildikdən sonra mövsüm ərzində burada yeni ağaclar əkiləcək. Bu günə kimi artıq Bakı şəhərində 3 min ədəd şam ağacı utilizasiya edilib”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti