Bakı. Trend:
Oktyabrın 17-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olub,
bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə
leysan xarakterli intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidmətindən Trend-ə verilən
məlumata görə, düşən yağışın miqdarı Zaqatalada 22.0 mm, Balakən,
Qax, Lənkəranda 14.0 mm, Lerikdə 12.0 mm, Yardımlıda 10.0 mm,
Şabran, Şəki, Quba, Oğuz , Qrız, Qusar, Qəbələ, Şahdağ, Şəmkir,
Göyçay, Altıağac, Ağstafa Yevlax, Kürdəmir, Sabirabad, Ağdərə,
Daşkəsən, Göygöl, Qobustan, Xaçmaz, Xaltan, İsmayıllı, Şamaxıda 4.0
mm-dək olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, arabir yağıntılı hava
şəraiti oktyabrın 19-u səhərədək davam edəcək. 19-u gündüz və 20-də
havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. 18-i gündüz
arabir güclənən şimal-qərb küləyi əsəcək.