...

Türkiyə səfirliyinin təhsil müşaviri MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2022 16:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Əli Rza Altunel Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı ziyarət edib.

Trend-in məlumatına görə, görüşdə MÜSİAD Azərbaycan idarə heyəti rəhbəri Rəşad Cabirli, idarə heyətinin üzvü Hüseyin Yapar və baş katib Muhterem Öz iştirak edib.

Görüş çərçivəsində MÜSİAD Azərbaycanın ümumi fəaliyyəti, təhsil sahəsində həyata keçirdiyi tədbirlər və layihələr haqqında məlumat verilib.

Təhsil müşaviri, həmçinin, Azərbaycandakı layihələr və cari planlar haqqında məlumatlandırılıb.

Türkiyənin Milli Təhsil Nazirliyinə tabe olan Bakı-Türk məktəbinin hazırkı yeri, fiziki imkanları və şəraitinin yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti