...

Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir - Nazirlik

Cəmiyyət Materials 2 Noyabr 2022 15:34 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Koronavirus pandemiyası başlayandan bəri xəstələrin sayı hazırda ən aşağı səviyyədədir.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi "İnstagram" hesabında canlı yayımda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə koronavirusla bağlı vəziyyət stabildir.

"Bəzən xəstəliyi yüngül keçirənlər xəstəxanaya müraciət etmir və statistika real rəqəmi tam göstərmir. Amma vəziyyət normaldır. Koronavirusun yeni mutasiya olunmuş ştamları meydana gələ bilər. Bunun necə olacağı məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti