...

Məktəblərdə qış rejiminə keçidin havanın temperaturuna uyğun tənzimlənməsinə ehtiyac var - Ombudsman

Cəmiyyət Materials 11 Noyabr 2022 12:00 (UTC +04:00)
Məktəblərdə qış rejiminə keçidin havanın temperaturuna uyğun tənzimlənməsinə ehtiyac var - Ombudsman
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bəzi regionlarında soyuqların daha tez düşməsi nəticəsində məktəblərin soyuq olması, uşaqların xəstələnməsi və bu xəstəliyin daha sonra uşaqlar arasında yayılmasını nəzərə alaraq məktəblərdə qış rejiminə keçidin 15 noyabrda deyil, havanın temperaturuna uyğun tənzimlənməsinə ehtiyac var.

Trend-in məlumatına görə, bunu noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman Ombudsman Səbinə Əliyeva deyib.

O qeyd edib ki, orta məktəblərdə qış rejiminə keçidin havanın temperaturuna uyğun tənzimlənməsi və qış rejimində məktəblərin isidilməsinə əlavə vəsaitlərin dövlət büdcəsi hesabına ödənilməsinə ehtiyac var. O həmçinin orta məktəblərdə əlavə dərs vəsaitlərinin təmin edilməsi və peşəkar psixoloqların artırılmasına dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.

S.Əliyeva həmçinin qeyd edib ki, yeni tələbə yataqxanalarının tikilməsi işi davam etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti