...

Super marketlərdə məhsulların satışına nəzarət edilsin – Təklif

Cəmiyyət Materials 1 Dekabr 2022 14:12 (UTC +04:00)
Super marketlərdə məhsulların satışına nəzarət edilsin – Təklif
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Super marketlərdə yenə də malların qiyməti ilə bağlı oyunlar davam edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında deputat Rüfət Quliyev deyib.

O qeyd edib ki, keçən iclaslarda bu məsələni qaldırıb.

“Keçən iclaslarda bu məsələni qaldırdım və supermarketlər müəyyən nəzarət etdi. Ancaq yenə də oyunlar başlayıb. Suyu götürürsən 90 qəpik, kassaya gəlirsən 1 manat 10 qəpik. Eyni zamanda super marketlərdə vaxtı keçmiş mallar var və hətta vaxtı keçmiş məhsulların üzərində qeydi dəyişib vaxtı uzadırlar. Bununla bağlı ciddi yoxlama olmalıdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti