...

Azərbaycan “Stratcom 22” Sammitində təmsil olunub

Cəmiyyət Materials 4 Dekabr 2022 00:18 (UTC +04:00)
Azərbaycan “Stratcom 22” Sammitində təmsil olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan dekabrın 2-3-də Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilmiş Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 22”-də təmsil olunub.

Medianın İnkişafı Agentliyindən Trend-ə bildiriblər ki, “Qeyri-müəyyənlik şəraitində Stratcom” mövzusunda keçirilən tədbirdə müxtəlif ölkələrdən olan dövlət rəsmiləri, özəl və media sektorun təmsilçiləri, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

“Stratcom 22” çərçivəsində strateji kommunikasiya ekosistemində regional münaqişələrlə üzləşmə, geosiyasi gərginliklərin yaratdığı hibrid təhdidlər, dezinformasiya, humanitar və ətraf mühit böhranları, informasiya müharibəsi mövzuları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti