Bakı. Trend:
27 sentyabr 2020-ci il tarixindən bu günə qədər 104 şəhid övladı dünyaya gəlib.
Trend-in məlumatına görə, bunu "YAŞAT" Fondunun yaranmasının 2 illiyi ilə bağlı bu gün keçirilən mətbuat konfransında fondun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, 104 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 manat məbləğində depozit hesabı açılıb.
Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da var", - E.Hüseynov deyib.