...

Peyğəmbər sünnəti-Hipospadiya nədir? - Dr. Toğrul Ömərov

Cəmiyyət Materials 12 Dekabr 2022 12:10 (UTC +04:00)

Bakı. Trend:

Hipospadiya nədir?

Hipospadiya (hipospadias, peyğəmbər sünnəti) sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucunda deyil alt səthində bir yerə açılmasıdır.Bu anomaliyada cinsiyyət orqanının baş hissəsi ön tərəfdən dəri ilə örtülmədiyindən bunu çox zaman peyğəmbər sünnəti də adlandırırlar. Belə uşaqlar böyük yaşlarda sidiyə adətən oturaraq gedir.

Hipospadiyanın hanı tipləri var?

Sidik kanalının xarici dəliyinin açıldığı nahiyyədən asılı olaraq hipospadiyanın bir neçə forması var. Belə ki, glanular formada sidik kanalının xarici dəliyi cinsiyyət orqanının başına , subkoronal formada cinsiyyət orqanının başı ilə cisminin sərhəddinə, distal penil formada cinsiyyət orqanının baş hissəsinə yaxın, midshaft formada cinsiyyət orqanının cisiminin orta hissəsinə, proksimal penil formada cinsiyyət orqanının başlanğıc hissəsinə , penoskrotal formada cinsiyyət orqanı ilə xayalığın arasına, skrotal formada xayalığa, perineal formada aralıq nahiyyəsinə açılır.

Hipospadiya hansi tezlikdə görülür və Hipospadiyalı xəstələrdə yanaşı anomaliyalara rast gəlinirmi?

Uşaq urologiya praktikasında ən sıx rast gəlinən anomaliyalarındandır. Hər 150-200 doğulan oğlan uşağından birində görülür. Distal hipospadiya adlandırılan növü (penis ucuna yaxın olanlar) daha sıx görülür. Ailədə qardaş və ya atada hipospadiyanın varlığı yeni doğulan uşaqda görülmə riskini artırır. Həmçinin süni mayalanma nəticəsində doğulan uşaqlarda da görülmə sıxlığı bir miqdar daha çox olduğu bilinir.

Hipospadiyalı xəstələrdə yanaşı olaraq kriptorxizm, qasıq yırtığı sıx rastlanır. Yanaşı xəstəliklər əsasən ağır formalarda-penoskrotal,skrotal,perineal hipoaspadiyalarda olur.

Hipospadiyanın Diaqnozu Necə Qoyulur?

Uşaq doğulduğu zaman diqqətli müayinə ilə diaqnoz asanlıqla qoyula bilər. Sidik dəliyinin orqanın ucunda deyil alt tərəfində aşağı nahiyyələrdə yerləşməsi və sunnət dərisinin ön tərəfdə qüsurlu olması diaqnoz qoymada kifayətdir.

Hipospadiya Təsnifatı

Son protokollara görə Sidik kanalının (dəliyinin) yerləşdiyi yerə görə 3 təsnifata bölünür. Uretranın xarici dəliyinin yerləşməsi səviyyəsindən, əyriliyin olub olmamasından asılı olaraq hipospadiyanın müxtəlif formaları təsadüf olunur.

1.Distal Hipospadiya: Cinsiyyət üzvü başına yaxın hissəsində yer alan sidik dəliyi varsa distal hipospadiya deyilir.

  • Cinsiyyət üzvünün başının tac şırımın hipospadiyası
  • Tac şırımı səviyyəsində hipospadiya

2.Midpenil Hipospadiya: Cinsiyyət üzvünün cisminin hipospadiyası – uretranın xarici dəliyi penisin gövdəsində yerləşir.

3.Daha aşağı hissədə yer alan proksimal hipospadiyalar:

  • Xayalıq forma hipospadiya
  • Aralıq forma hipospadiya
  • penoscrotal təni penislı xaya arasında, penisin kökündə

Xayalıq və aralıq formalı hipospadiyalarda sidik dəliyi aralanmış xaya yarıqları arasında yerləşir və bu uşaqların sidiyə xaric olması qızlarda olduğu kimidir. Bu uşaqlar ayaqda sidiyə gedə bilmir.

Hipospadiya hansı yaşda müalicə edilməlidir?

Hipospadiyaların müalicəsi üçün ideal yaş 6-18 ay arasıdır. Belə ki, bu yaş dövründə icra edilən əməliyyatlar uşaq orqanizmi tərəfindən daha yaxşı qəbul edilir, əməliyyatdan sonra daha az fəsadlaşma qeyd edilir.

Hipospadiya müalicə edilir?

Hipospadiyanın müalicəsi cərrahi yolladır. İndiyə qədər hipospadiyanın müalicəsi üçün 350 dən çox əməliyyat növü tətbiq edilmişdir. Bu əməliyyatların çoxu bir birinin modifikasiya edilmiş formaları olub əsasən eyni prinsiplərə əsaslanır. Hipospadiyaya görə icra edilən əməliyyatların əsas məqsədi aşağıdakılardır:

Sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucuna gətirilməsi.

Əgər varsa cinsiyyət orqanındakı əyriliyin aradan qaldırılması.

Sidik kanalının uca gətirilməsi üçün, kanalın çatışmayan hissəsi digər toxumalar hesabına formalaşdırılır və möhkəmləndirilir. Bu məqsədlə sünnət dərisindən də istifadə edildiyindən hipospadiyası olan uşaqların sünnət edilməməsi çox önəmlidir.

Cinsiyyət üzvünün əyriliyi

Cinsiyyət üzvünün sərtləşmə halında əyriliyə Kordi (Penis əyriliyi, Chordee) deyilir. Hipospadiya anomaliyası nə qədər ağırdırsa, yəni sidik dəliyi penis ucundan nə qədər uzaqdırsa, əyrilik daha çox olur. Bəzi hallarda sidik dəliyi cinsiyyət üzvünün baş hissəsinə açılmasına baxmayaraq, cinsiyyət üzvü aşağıya əyilmiş olur. Buna Hipospadiyasız Hipospadiya da deyilir. Hipospadiya cərrahiyyəsində müalicənin ən əsas hissələrindən biri də bu əyriliyin düzəldilməsidir.

Hipospadiyanı yaradan Səbəbi Nədir?

Səbəbi dəqiq məlum deyil. Ana bətnində hormonal siqnalların anormal olması buna səbəb ola bilər, məhz buna görə hormonlardan istifadə edilən suni mayalanma müalicələrdə uşaqlarda hipospadiya görülə bilər.

Hipospadiya mütləq əməliyyat olunmalıdır mı?

Hipospadiya əməliyyat olunmaz isə;

  • Cinsiyyət üzvünün qeyri-təbii, kozmetik olmayan görünüş
  • Ereksiya zamanı cinsiyyət üzvü əyildiyindən cinsi əlaqə mümkün olmur, ağrılar və erkən boşalma
  • Sonsuzluq, spermanın iləri atılıb uşaqlıq yolunun arxa divarına çata bilmədiyindən
  • Sidik ifrazı çətinləşməsi ayaqüstü sidiyə gedən zaman sidiyin üzərinə tökülməsi

Hipospadiya Əməliyyatının Məqsədi Nədir?

  • Sidik axarını yəni uretra xarici dəliiyini uca getirmək
  • Cinsiyyət üzvünün əyriliyini düzəldib ereksiya halında düz penis əldə etmək
  • Uşağın ayaqda sidik ifrazını təmin etmək
  • Hipospadiyanın verəcəyi psixoloji təsirlərdən qorumaq və özgüvəninə təsir etməyəcək kozmetik nəticə əldə etmək

Hipospadiya Əməliyyatı necə aparılır?

Hipospadiya əməliyyatları bir vəya iki mərhələdə aparılır. Əksər halda distal və midpenil hipospadiyalar bir əməliyyat ilə müalicə edilir. Lakin əgər cinsiyyət üzvünün əyriliyi ciddidirsə, bu halda gələcəkdə əyrilik problemi yaşamamaq üçün qüsur iki mərhələdə düzəldilir. Birinci mərhələda cinsiyyət üzvü düzləşdirilir, varsa enməmiş xaya yerinə endirilir. Əməliyyatın ikinci mərhələsi isə 4-6 ay sonra tədbiq edilir və uretra, sidik kanalı bərpa edilib sidik dəliyi cinsiyyət üzvünün başına gətirilir.

Əməliyyatdan sonra hansı ağırlaşmalar ola bilər?

İlkin dönəmdə rastlanan ağırlaşmalara qanama, tikişlərin açılması , yaranın irinləməsi və fistulun əmələ gəlməsi daxildir.

Fistulun əmələ gəlməsi daha çox sidik axınını təmin etmək üçün sidik kisəsinə daxil edilmiş kateterin tutulması , vaxtı vaxtında yuyulmaması, yaxud vaxtınnan qabaq çıxarılması nəticəsində baş verir. Belə ki, sidik yara nahiyyəsində hər hansı bir yerdən xaric olmağa başlayır.

Gec dönəmdə yaranan ağırlaşmalara isə darlığın formalaşması, cinsiyyət orqanında yenidən əyriliyin və deformasiyanın əmələ gəlməsi, divertikulun yaranması aiddir.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.

Tel.: (050) 672 92 24

Xəbər lenti

Xəbər lenti