...

Azərbaycan ictimaiyyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2022 13:19 (UTC +04:00)
Azərbaycan ictimaiyyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir (FOTO)

Bakı. Trend:

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri, eləcə də sadə vətəndaşlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarəti davam edir.

(FOTO: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti