Bakı. Trend:
Şuşa, Laçın və Kəlbəcərdə yaxın günlərdə hava yağmursuz keçəcək.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Məlumatda bildirilir ki, həmin ərazilərdə səhər və axşam
saatlarında duman olacaq. Gecə saatlarında şaxta 2-7 dərəcə, gündüz
saatlarında isə temperaturun müsbət olması proqnozlaşdırılır.
Günorta saatlarında 3-5 dərəcə isti olacaq. Axşama doğru havanın
temperaturu bir qədər aşağı enərək 0-3 dərəcə şaxta intervalında
dəyişəcək.
Respublikanın digər rayonlarında isə əsasən hava yağmursuz keçəcək.
Dekabrın 16-da bəzi Şimal və Şərq rayonlarında az yağıntı olacaq.
Həftənin sonun qədər hava nisbətən əlverişli olacaq.
Bakı və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-də, ayın 16-sı axşamdan 17-si gecə və səhər saatlarında şimal küləyi arabir 15-17 metrə qədər güclənəcək. Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək, iqlim normasına yaxınlaşacaq.