Bakı. Trend:
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 54452 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il noyabr ayının 1-i vəziyyətinə 10210818 nəfərə çatıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olmuşdur.